İsrailin baş naziri Benyamin Netanyahu CBS telekanalının “60 Minutes” verilişinə müsahibəsində İranın ali rəhbəri Müctəba Xameneyinin vəziyyəti ilə bağlı sualı cavablandırıb.
Zefer.media xəbər verir ki, Netanyahunun fikrincə Müctəba Xameneyi sağdır, ancaq vəziyyəti barədə dəqiq məlumat vermək çətindir.
“Əgər sağ olub-olmadığını soruşursunuzsa, bəli, düşünürəm ki, sağdır. Ancaq onun vəziyyətinin nə olduğunu demək çətindir. O, gizlənir və güc, nüfuz qazanmağa çalışır, amma heç vaxt atasının gücünə və təsirinə sahib olmayacaq”, – deyə o bildirib.
Nazir əlavə edib ki, bu proses İran rejimi daxilində parçalanmanı və xaosu daha da artırıb və onun sözlərinə görə, bu “o qədər də pis bir şey deyil”.
Zərintac Mayisqızı

















