ABŞ və Bəhreyn tərəfindən Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveytin iştirakı ilə hazırlanmış İran əleyhinə yeni qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasına təqdim olunub.
Zefer.media xəbər verir ki, İran mediası Rusiyanın bu dəfə də layihəyə veto qoyacağını iddia edib.
“Əl-Ərəbiyyə” telekanalı diplomatik mənbələrə istinadən bildirib ki, Moskva Hörmüz boğazı ilə bağlı qətnaməyə ikinci dəfə veto qoymaq niyyətindədir.
Rusiyanın qərarının əsas səbəbinin sənəddə yer alan BMT Nizamnaməsinin VII fəsli ilə bağlı müddəalar olduğu bildirilib.
Qeyd edilir ki, Rusiya qətnamədə 7-ci fəslin tətbiqini nəzərdə tutan formulaya qarşı çıxır.
Zərintac Mayisqızı

















