Dünya

İran və Çin strateji tərəfdaşlığı müzakirə edib

6 May 2026, 13:423
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Pekində İran və Çin xarici işlər nazirləri Abbas Əraqçı və Vanq Yi arasında görüş baş tutub.

Zefer.media xəbər verir ki, XİN rəhbərləri ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlıq və regional vəziyyəti müzakirə ediblər.

İran xarici işlər naziri Çini “yaxın dost və strateji tərəfdaş” adlandıraraq, Tehran–Pekin hərtərəfli strateji əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Çin tərəfi isə İranın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib, güc tətbiqinə qarşı çıxdığını bildirib və regionda münaqişələrin diplomatik yollarla həllini dəstəklədiyini qeyd edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600