• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.3° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Ermənistan–Belarus gərginliyinin arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA 

06 May, 26 / 11:59
A A

Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sərkisyanı bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Belarus XİN məlumat yayıb.

“Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusu Rusiyanın əyaləti adlandırmış və Ermənistanın bu cür əyalət kimi idarə olunmayacağını bəyan etmişdi. Belarus hakimiyyəti buna öz etirazını bildirib.

Xatırladaq ki, Belarus və Ermənistan Aİİ və KTMT-də təmsil olunsalar da, münasibətlərində gərginlik yaşanır. Hətta Ermənistan öz səfirini geri çağırıb və diplomatik nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsindədir.

Milli Məclisin sabiq deputatı, politoloq Elşad Mirbəşiroğlu Zefer.media-ya açıqlamasında bildirib ki, Ermənistanla Belarus arasında diplomatik gərginlik yenidən gündəmə gəlib:

“Gərginliyin əsas səbəbi Ermənistan parlamentinin spikeri Alen Simonyanın Belarusu “Rusiyanın quberniyası” kimi xarakterizə etməsi olub. O, bu fikirləri Rusiya–Ermənistan münasibətlərinə dair mövqeyini açıqlayarkən səsləndirib və deyib ki, Ermənistan Belarus kimi idarə olunan dövlət ola bilməz.

Həmin açıqlama rəsmi Minskin sərt reaksiyasına səbəb olub. Belarus Xarici İşlər Nazirliyi Ermənistanın ölkədəki müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq ona nota təqdim edib. Nazirliyin sözçüsü Voronkov Ermənistan tərəfinin bu addımını “qəbuledilməz” adlandırıb və qeyd edib ki, İrəvanın Qərb yönümlü siyasəti əslində onu daha mürəkkəb vəziyyətə salır.

Əslində, Ermənistan–Belarus münasibətlərindəki gərginlik yeni deyil. Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında zaman-zaman fikir ayrılıqları müşahidə olunub. Xüsusilə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində keçirilən görüşlərdə Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinə qarşı açıq və sərt mövqe sərgiləyib.

Ermənistanı narahat edən əsas məqamlardan biri də Belarusun daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi olub. Həm keçmiş münaqişə dövründə, həm də Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərinə dəstək verməyə hazır olduğunu bəyan etməsi İrəvanda unudulmayıb və bu amil münasibətlərə təsir göstərməkdə davam edir.

Digər mühüm faktor Belarusun Rusiya ilə sıx müttəfiqlik münasibətləridir. İki ölkə arasında “ittifaq dövləti” çərçivəsində inteqrasiya yüksək səviyyədədir. Belarus həmçinin KTMT-nin aktiv tərəfdarıdır və Ermənistanın bu təşkilatda fəaliyyətini faktiki dondurması Minsk tərəfindən narazılıqla qarşılanır”.

Politoloq əlavə edib ki, bununla yanaşı, hər iki ölkə Avrasiya İqtisadi İttifaqının üzvüdür:

“Ermənistan üçün bu təşkilat mühüm iqtisadi üstünlüklər yaradır. Məsələn, Rusiya qazının Ermənistana nisbətən aşağı qiymətlə satılması və digər ticarət imtiyazları ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Bu baxımdan, İrəvanın Qərb yönümlü siyasəti ilə Avrasiya məkanında mövcud öhdəlikləri arasında balans qurması getdikcə daha çətinləşir.

Müşahidələr göstərir ki, Ermənistanın Qərbə inteqrasiya cəhdləri ilə Rusiya və onun müttəfiqləri ilə münasibətləri arasında ziddiyyət dərinləşir. Bu isə Belarusla münasibətlərdə də özünü açıq şəkildə büruzə verir. Rəsmi Minsk artıq açıq şəkildə bəyan edir ki, erməni xalqı ilə Ermənistanın mövcud siyasi hakimiyyəti arasında fərq qoyur. Bu isə faktiki olaraq Belarusun Ermənistanın indiki rəhbərliyi ilə problemlərinin olduğunu göstərir.

Nəticə etibarilə, Ermənistanla Belarus arasında gərginliyin yaxın perspektivdə azalacağı gözlənilmir. Əksinə, Ermənistanda siyasi proseslər, xüsusilə seçkilər yaxınlaşdıqca, ölkə üzərində geosiyasi rəqabətin daha da intensivləşəcəyi və bunun ikitərəfli münasibətlərə əlavə təsir göstərəcəyi ehtimal olunur”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Gündəm

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

İyun 19, 2026
Dünya

“Müharibə İranı zəiflədib”

İyun 19, 2026
Cəmiyyət

Çimərliklərə gedərkən nələri bilməliyik? - Ekspert açıqladı 

İyun 19, 2026
Dünya

Türkiyənin müdafiə naziri: NATO-nun Ankara sammiti ittifaq üçün dönüş nöqtəsi olacaq

İyun 19, 2026
Manşet

İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadim Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

İyun 19, 2026
Cəmiyyət

Xankəndi daha 18 ailəyə qucaq açıb

İyun 19, 2026

XƏBƏR LENTİ

“Azərbaycan onların çirkin oyununu pozdu”- VİDEO

20 İyun, 26 / 11:13

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib

19 İyun, 26 / 20:05

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

19 İyun, 26 / 19:59

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb

19 İyun, 26 / 19:54

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

19 İyun, 26 / 18:40

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

19 İyun, 26 / 17:46

Alimlər Alzheimer xəstəliyinin gizli mexanizmini müəyyən ediblər

19 İyun, 26 / 17:34

İran Hörmüz boğazını yenidən bağladı

19 İyun, 26 / 17:26

“Müharibə İranı zəiflədib”

19 İyun, 26 / 17:24

Çimərliklərə gedərkən nələri bilməliyik? - Ekspert açıqladı 

19 İyun, 26 / 17:17

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.