Dünya

BƏƏ-dən mümkün raket təhlükəsi ilə bağlı xəbərdarlıq

4 May 2026, 19:061
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Daxili İşlər Nazirliyi ABŞ-İran atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri vətəndaşlara ilk dəfə raket hücumu xəbərdarlığı edib.

Zefer.media xəbər verir ki, BƏƏ-dəki telefonlara göndərilən mesajda sakinlər təhlükəsiz ərazilərdə sığınacaq axtarmağa, pəncərələrdən, qapılardan və açıq məkanlardan çəkinməyə və rəsmi təlimatları gözləməyə çağırılıb.

Xəbərdarlıq İranın BƏƏ-yə məxsus ADNOC neft tankerinə hücum etməsindən sonra verilib.
Hadisəyə cavab olaraq BƏƏ hücumu və İranın hərəkətlərini kəskin şəkildə pisləyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600