Beynəlxalq Əfv Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı narahatlıq ifadə edib.
Zefer.media xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.
İran məhkəmələri 13 etirazçı və müxalifin edam cəzalarının icrasına hazırlaşır və bu prosesdə irəli sürülən ittihamların əsaslandırılmasına çalışılır.
Təşkilat bildirir ki, hakimiyyət siyasi müxaliflərə qarşı özbaşına ölüm hökmlərini gücləndirir və işgəncə, eləcə də ədalətsiz məhkəmə proseslərindən sonra verilmiş cəzalardan istifadə edir.
Təşkilatın fikrincə, bu tendensiya cəmiyyətdə qorxu yaratmaq və etiraz səslərini susdurmaq məqsədi daşıyan sistemli siyasətin bir hissəsidir.
Zərintac Mayisqızı

















