Bu gün İranın dövlət mediası ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəminin İranın cənubundakı Cask şəhəri yaxınlığında vurulduğunu iddia edib.
Zefer.media xəbər verir ki, bu barədə “Fars” agentliyi bildirib.
ABŞ-nin hərbi gəmisi bölgədə “naviqasiya təhlükəsizliyi”ni pozub və Hörmüz boğazı istiqamətində hərəkət edib. İran tərəfi bildirib ki, gəmiyə İran Hərbi Dəniz Qüvvələri tərəfindən xəbərdarlıq edilib, ancaq gəmi kursunu dəyişməyib.
Qeyd olunur ki, xəbərdarlıqlara məhəl qoyulmadıqdan sonra gəmiyə iki raket atılıb və raketlərin hədəfə dəydiyi açıqlanıb.
Zərintac Mayisqızı

















