Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfər etməyi planlaşdırır.
Zefer.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bu barədə bildirib.
O qeyd edib ki, Ukrayna Prezidenti də daxil olmaqla, icmanın bütün üzv dövlətlərinin başçıları dəvət olunub.
Zirvə görüşü 4-5 may tarixlərində İrəvanda keçiriləcək və Avropa ölkələrinin liderlərini mühüm regional və ümumavropa məsələlərini müzakirə etmək üçün bir araya gətirəcək.
“Mən Avropa siyasi ictimaiyyətinin bütün üzvlərini, bəli, o cümlədən Ukrayna prezidentini gözləyirəm”, – deyə Baş nazir əlavə edib.
Zərintac Mayisqızı

















