Dünya

“ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir”

30 Aprel 2026, 13:121
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni beynəlxalq koalisiya yaratmaq üçün digər ölkələrə müraciət edib.

Zefer.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti bildirib.

Məlumata görə ABŞ Dövlət Departamenti bu təşəbbüslə bağlı Amerika səfirliklərinə bildiriş göndərərək, diplomatlara xarici hökumətləri koalisiyaya qoşulmağa inandırmaq tapşırığı verib.

Qeyd edilib ki, Vaşinqtonun rəhbərlik etdiyi koalisiyanın əsas məqsədi iştirakçı ölkələr arasında məlumat mübadiləsini təmin etmək, diplomatik səyləri əlaqələndirmək və sanksiyaların tətbiqində əməkdaşlığı gücləndirmək olacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600