Dünya

Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib

29 Aprel 2026, 16:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Kürdüstan İşçi Partiyasına (PKK) qarşı silahlı mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib.
Zefer.media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışında bildirib.
O, hesab edir ki, ötən il başlayan PKK-nın tərksilah edilməsi Türkiyənin iqtisadi artımını sürətləndirəcək.
Kürdlərin tərksilah edilməsindən sonra ölkə hakimiyyəti, əsasən ölkənin cənub-şərq bölgələrində siyasi, sosial-iqtisadi və infrastruktur addımları atmaq niyyətindədir.
Ərdoğan mübarizənin hazırkı mərhələsinin xüsusi ehtiyatlılıq tələb etdiyini və siyasi partiyaların dəstəyi ilə ölkənin həmin mərhələni qarışıqlıq olmadan keçə biləcəyini vurğulayıb.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600