Dünya

“Hörmüz boğazının bağlanması enerji təchizatımıza birbaşa təsir göstərir”

29 Aprel 2026, 15:321
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Hörmüz boğazının bağlanması Almaniyanın enerji təchizatına birbaşa təsir göstərir və ölkənin iqtisadi göstəricilərinə ciddi zərbə vurur.

Zefer.media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.

Merz qeyd edib ki, İranla bağlı müharibənin necə başladığı barədə əvvəldən şübhələri olub:

“İrandakı müharibənin nə ilə başladığına dair əvvəldən şübhələrim var idi. Almaniyada və Avropada biz nəticələrdən — məsələn, Hörmüz boğazının bağlanmasından — çox əziyyət çəkirik”.

Kansler vurğulayıb ki, həmin vəziyyət enerji təchizatında problemlər yaradır və Almaniya iqtisadiyyatına böyük təsir edir. O, buna görə də münaqişənin həllində israr etdiyini bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600