Dünya

İranda kömür mədəni çökdü: ölən və yaralanan var

29 Aprel 2026, 15:281
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Cənubi Xorasan əyalətinin Təbəs şəhərində kömür mədənlərindən birində çökmə baş verib.

Zefer.media xəbər verir ki, hadisə nəticəsində bir işçi həyatını itirib, daha bir nəfər isə yaralanıb.

Təbəs Kömür Şirkətinin mətbuat xidmətinin məlumatına görə, insident səhər saat 07:00 radələrində iş növbəsi zamanı podratçı şirkətə aid mədəndə qeydə alınıb.

Məlumata əsasən, işçilərdən biri aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, digər yaralı isə təcili şəkildə şəhər xəstəxanasına çatdırılıb.

İtkin düşdüyü bildirilən işçinin cəsədi sonradan tapılıb və axtarış-xilasetmə əməliyyatları tamamlanıb.

Hazırda mütəxəssislər çökmənin səbəblərini araşdırırlar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600