• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.9° Weather Columbus
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Rusiya ABŞ-İran münaqişəsinə qoşulur? - Politoloq

29 Aprel, 26 / 12:32
A A

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran arasında danışıqlar yarımçıq qalarkən ABŞ mətbuatında diqqətçəkən bir xəbər yayılıb. Amerika mediasına görə, Rusiyanın müharibəyə qoşula biləcəyi iddia olunur. İddiaya əsasən Moskva Tehrana ABŞ-ın hərbi gəmilərinin və hərbi personalının yerləşdiyi mövqeləri göstərən peyk görüntüləri də daxil olmaqla kəşfiyyat məlumatları təqdim edib. Həmçinin, Rusiyanın İrana inkişaf etmiş pilotsuz uçuş aparatları göndərməyə hazırlaşdığı da irəli sürülür.

Elə bütün bunların fonunda da İranın xarici işlər naziri Abbas Əraqçı aprelin 27-si Rusiyaya səfər edib. İki ölkə arasında əlaqələr müdafiə, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində daha da dərinləşir.

Politoloq Turan Rzayev Zefer.media-ya açıqlamasında bildirib ki, Moskvanın Tehrana texnologiya və ya pilotsuz uçuş aparatları (dronlar) verməsi iddiası yeni deyil:

“Son illərdə bu iki ölkə arasında hərbi-texniki əməkdaşlıq artıq mövcuddur və qarşılıqlıdır. Yəni İran da eyni tərzdə Ukrayna müharibəsi fonunda Rusiyaya yardımlar edib. Sadəcə məsələ yardımların miqyası və açıq olub-olmamasıdır.

Ehtimal ki, Rusiya İrana bu səviyyədə və açıq dəstək göstərməyəcək. Çünki bu, Rusiyanın özü üçün də risklidir. ABŞ-la birbaşa toqquşma ehtimalını artırmaq Moskvanın hazırkı strateji maraqlarına uyğun gəlmir. Rusiyanın İrana kəşfiyyat məlumatı verməsi, xüsusilə ABŞ hərbi mövqeləri barədə, faktiki olaraq dolayı şəkildə münaqişəyə qoşulmaq kimi qiymətləndirilə bilər. Bu isə klassik “proxy qarşıdurma” modelinə uyğundur.

Ona görə də “Rusiya müharibəyə girir” demək düz deyil. Bunu daha çox böyük güclər arasında gərginliyin yeni mərhələyə keçməsi, yəni açıq yox, dolayı qarşıdurmanın dərinləşməsi kimi qiymətləndirmək olar”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Siyasət

Bu ölkə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

Aprel 29, 2026
Dünya

Yaponiya İrana ödəniş etmədən tankerini Hörmüzdən keçirdi

Aprel 29, 2026
Manşet

İran deputatından Azərbaycana qarşı sərsəm iddialar

Aprel 29, 2026
Manşet

Neft 150 dollara qədər qalxa bilər? - AÇIQLAMA 

Aprel 29, 2026
Manşet

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

Aprel 28, 2026
Dünya

ABŞ-dən Lukaşenkoya təşəkkür

Aprel 28, 2026

XƏBƏR LENTİ

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

29 Aprel, 26 / 14:18

Şuşada İƏT-in Turizm Nazirlərinin 7-ci görüşü keçirilib

29 Aprel, 26 / 13:13

“ASAN xidmət” “Hər kəs üçün ASAN” layihəsini reallaşdırır

29 Aprel, 26 / 12:43

Rusiya ABŞ-İran münaqişəsinə qoşulur? - Politoloq

29 Aprel, 26 / 12:32

Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb

29 Aprel, 26 / 12:13

BOKT-ların xalis mənfəəti 82 mln. manata yaxınlaşıb

29 Aprel, 26 / 12:11

Bu ölkə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

29 Aprel, 26 / 12:09

Qazaxıstan MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən birinin aktivlərini dondurdu

29 Aprel, 26 / 12:05

Rusiyanın altı hava limanında müvəqqəti uçuş məhdudiyyətləri aradan qaldırılıb

29 Aprel, 26 / 12:03

Rusiyanın neft emalı zavodu dronla vuruldu

29 Aprel, 26 / 11:50

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.