Dünya

WSJ: Tramp İrana qarşı uzunmüddətli blokadaya hazırlıq əmri verib

29 Aprel 2026, 11:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlıq görmək göstərişi verib.

Zefer.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Bildirilib ki, həmin strategiyanın əsas məqsədi İran rejiminin əsas gəlir mənbələrindən biri olan neft ixracını zəiflətmək və bununla Tehrana iqtisadi təzyiq göstərməkdir. Qəzet yazır ki, blokada İranın gəmiçilik fəaliyyətini məhdudlaşdırmaqla ölkənin maliyyə imkanlarını sarsıtmağa yönəlib.

WSJ-nin yazdığına görə, Tramp bu variantı genişmiqyaslı bombardmanı yenidən bərpa etməkdən daha az riskli hesab edir. ABŞ administrasiyası mühasirə strategiyasını münaqişənin növbəti mərhələsi kimi qiymətləndirir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600