Dünya

ABŞ-də benzin yenidən bahalaşdı

28 Aprel 2026, 19:085
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-də İran müharibəsi fonunda benzin yenidən bahalaşıb.

Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, benzinin orta qiyməti atəşkəs elan edildikdən sonra 4,02 dollara düşüb.

Lakin, sülh danışıqlarının dayandırılması və Hörmüz boğazının açılması üçün razılaşmanın olmaması ilə bağlı narahatlıqlar qiymətləri yenidən artırıb. ABŞ-də yanacaq ehtiyatlarının azalması bazara əlavə təzyiq göstərir.

Məlumatlara görə, benzin saxlama həcmi əvvəlki illərdə təxminən 250 milyon barel ilə müqayisədə 230 milyon bareldən aşağı düşüb.

ABŞ-dən rekord neft və neft məhsulları ixracı fonunda qiymətlərin daha da artacağı gözlənilir.

Benzinin orta qiymətinin yaxın yeddi-on gün ərzində 4,30 dollara çatacağı proqnozlaşdırılır.

Ənənəvi olaraq ölkədə qiymətlərin ən yüksək olduğu Kaliforniyada benzinin orta qiyməti 1 qallon üçün 6 dollara yaxınlaşaraq 5,97 dollara çatıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600