Dünya

“Mossad” şefi: “Biz İranın sirlərinin dərinliklərinə nüfuz etmişik”

28 Aprel 2026, 17:2310
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb”.

Zefer.media xəbər verir ki, bununla bağlı, İsrailin “Mossad” xarici kəşfiyyat xidmətinin rəhbəri David Barnea qurumun qərargahında 2025-ci il üzrə mükafatların təqdim edilməsi mərasimi zamanı bildirib.

Tədbirdə rəhbərlik nümayəndələri, “Mossad” əməkdaşları, eləcə də İsrail Müdafiə Qüvvələrindən və digər təhlükəsizlik, kəşfiyyat qurumlarından nümayəndələr iştirak ediblər.

Bu il ölkənin təhlükəsizliyinə əhəmiyyətli töhfə verən, müxtəlif təhlükəsizlik və kəşfiyyat qurumları ilə yüksək səviyyədə koordinasiyanı əks etdirən 10 əməliyyat və layihə qeydə alınıb.

Layihələr arasında qarşı tərəfin qapalı strukturlarından strateji və taktiki kəşfiyyat məlumatlarının əldə edilməsi üzrə proseslər də var. Barneanın sözlərinə görə, həmin əməliyyatlar İrana qarşı kampaniya çərçivəsində və şimal istiqamətində bir sıra addımların reallaşdırılmasını asanlaşdırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600