Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qanun parlamentin fəaliyyətə qayıtmasından dərhal sonra qəbul ediləcək.
Zefer.media xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib.
Onun sözlərinə görə, qanun sürətlə və məcburi şəkildə təsdiqlənərək icra üçün hökumətə göndəriləcək.
Borucerdi qeyd edib ki, İslam Respublikası və silahlı qüvvələri Hörmüz boğazı üzərində “tam suverenliyə” malikdir və bu təşəbbüsün hüquqi və beynəlxalq tərəfləri artıq bir neçə iclasda müzakirə olunub.
O, vurğulayıb ki, Mərkəzi Bank tərəfindən SEPAH-ın dəniz qüvvələrinin topladığı rüsumların idarə olunması üçün rial, yuan, dollar və avro üzrə dörd xüsusi hesab açılıb.
Zərintac Mayisqızı















