ABŞ prezidenti Donald Tramp iddia edir ki, Vaşinqton Hilton otelində baş verən atışma zamanı nə baş verdiyini anlamaq istədiyi üçün təxliyəsini qəsdən təxirə salıb.
Zefer.media xəbər verir ki, bu barədə o “CBS”ə müsahibəsində deyib.
“Nə baş verdiyini görmək istəyirdim. Yəqin ki, onları bir az yavaşlatdım. Dedim ki, bir dəqiqə gözləyin, bir dəqiqə gözləyin. Baxım'”, – Tramp bildirib.
Müsahibənin müəllifinin sözlərinə görə, Məxfi Xidmət agentləri prezidenti mühasirəyə almaq üçün 10 saniyə, daha sonra isə onu müşayiət etmək üçün daha 20 saniyə vaxt sərf ediblər.
Xatırladaq ki, Tramp və həyat yoldaşı Melaniya aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyindən atəş açıldıqdan sonra təxliyə ediliblər. Amerika lideri daha sonra atəş açan şəxsin həbs olunduğunu açıqlayıb. Vaşinqton rayon prokuroru Janin Pirro qeyd edib ki, atışmadan sonra həbs olunan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxarılacaq.
Zərintac Mayisqızı




