Dünya

ABŞ Çinin ən böyük özəl neft emalı zavodunu sanksiya siyahısına saldı

27 Aprel 2026, 19:124
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-nin Maliyyə Nazirliyi Çinin ən böyük özəl neft emalı zavodlarından biri olan “Hengli Petrochemical (Dalian) Refinery Co.”nu sanksiya siyahısına əlavə edib.

Zefer.media xarici mediaya istinadla xəbər verir ki, sanksiya qərarından sonra şirkətin səhmləri 10 faiz ucuzlaşıb və Asiyada ən azı iki əsas neft-kimya müştərisinin sifarişlərini ləğv etdiyi bildirilir.

Şirkət əməliyyatlarını davam etdirmək üçün 3 aydan çox xam neft ehtiyatına sahib olduğunu açıqlayıb. Gələcək satışların ABŞ dolları əvəzinə Çin yuanı ilə əvəz olunacağı da bildirilib.

Qeyd edək ki, gündəlik 400 min barel xam neft emalı gücünə malik olan zavod Çinin ən müasir inteqrasiya olunmuş müəssisələrindən biridir, Şərqi Asiyada tekstil və sintetik lif istehsalçıları üçün həyati əhəmiyyət kəsb edir. Şirkət “Saudi Aramco”nun əsas müştərisidir və saf tereftal turşusunun (PTA) dünyanın ən böyük təchizatçılarındandır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600