Siyasət

“EFES – 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüb

27 Aprel 2026, 16:562
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES – 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir. 

Müdafiə Nazirliyindən Zefer.media – ya verilən məlumata görə, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.

Qeyd edək ki, “EFES – 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600