Hörmüz boğazından keçən dəniz nəqliyyatında yaranan ciddi fasilələrdən sonra onlarla gəminin BƏƏ-nin şərq sahillərində və Oman körfəzində hərəkətsiz qaldığı bildirilir.
Zefer.media xəbər verir ki, hadisələr fonunda neft qiymətləri yüksəlib, qlobal fond bazarlarında isə dalğalanmalar davam edir.
Bu proseslər ABŞ və İran arasında müharibənin artıq 8 həftəni keçdiyi, davamlı atəşkəs səylərinin nəticə vermədiyi və ABŞ prezidenti Trampın nümayəndələrinin sülh danışıqları üçün nəzərdə tutulan səfərini ləğv etdiyi bir vaxta təsadüf edir.
Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən strateji enerji dəhlizlərindən biri sayılır və qlobal neft ixracatının mühüm hissəsi məhz bu marşrutdan keçir. Bu səbəbdən boğazda baş verən hər hansı fasilə beynəlxalq bazarlara dərhal təsir göstərir.
Zərintac Mayisqızı

















