Dünya

Türkiyənin 8 əyalətində qanunsuz qumar və mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat keçirildi

24 Aprel 2026, 18:281
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyədə Jandarm Baş Komandanlığının Kiber Cinayətlər və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamentləri, MASAK (Maliyyə Cinayətləri İstintaq Şurası) və Qaziantep Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə Qaziantep mərkəzində yerləşən 8 əyalətdə 92 ayrı ünvanda əməliyyatlar keçirilib.

Zefer.media “TRT Haber”ə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində 81 şübhəli saxlanılıb.

Şübhəlilərin üzvlərinin qanunsuz qumar saytlarına pul yatırmaq məqsədilə bank və kripto hesabları təqdim etdikləri, cinayət yolu ilə əldə edilən gəlirlərin köçürülməsində vasitəçi olduqları və qanunsuz qumar fəaliyyətləri həyata keçirdikləri aşkar edilib.

MASAK araşdırmaları şübhəlilərə məxsus 254 bank və 121 kripto hesabında ümumilikdə 50 milyard TL əməliyyatın qeydə alındığını ortaya qoyub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600