• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.4° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

ABŞ atəşkəsi uzadaraq İrana qarşı iqtisadi təzyiqi artırır - ŞƏRH

23 Aprel, 26 / 20:54
A A

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadılması barədə göstəriş verdiyini bildirib. Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edən Pakistan hakimiyyəti ABŞ-dən İranla bağlı zərbələri dayandırmağı xahiş edib. Bu, ölkə rəhbərliyi və nümayəndələrinin vahid təklif hazırlamasına qədər qüvvədə olacaq.

“Ona görə də mən silahlı qüvvələrimizə blokadanı davam etdirmək, eyni zamanda hər an hərəkətə hazır vəziyyətdə qalmaq və İranın təklifi təqdim olunana, danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatmaq barədə göstəriş verdim”, – deyə Ağ Ev rəhbəri bildirib.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Zefer.media–ya açıqlamasında bildirib ki, ABŞ atəşkəsi uzatmaqla İrana qarşı hərbi deyil, daha çox iqtisadi təzyiq strategiyasına üstünlük verir:

“ABŞ və İran arasında aprelin 22-də baş tutmalı olan atəşkəs razılaşması Donald Tramp tərəfindən uzadılıb. Əslində tərəflərin İslamabadda görüşü planlaşdırılsa da, ABŞ-nin İrandan kapitulyasiya tələb etməsi İranın bu danışıqlarda iştirak etməməsi ilə nəticələnib. Danışıqlardan əvvəl təkliflər mübadiləsi həyata keçirilib və müəyyən razılaşmalar əldə olunub. Məhz Trampın çağırışı ilə İranda bir neçə qızın edamdan azad edilməsini və atəşkəsin uzadılmasını da danışıqlar prosesinin tərkib hissəsi kimi qiymətləndirmək olar.
Ümumiyyətlə, Amerika liderinin bu atəşkəsi uzatması ilk növbədə Ağ Evin Tehrana qarşı müharibə ilə deyil, məhz iqtisadi blokada tətbiq etməklə onu güzəştə məcbur etmək və diplomatik danışıqlarda üstünlük qazanmaq istəyindən xəbər verir. Elə həmin səbəbdən hərbi proseslər müəyyən qədər kənarda saxlanılır və əsas diqqət iqtisadi təzyiqlərə yönəldilir. İranın “kölgə donanmasına” qarşı addımlar və Hörmüz boğazındakı blokada ölkəni kifayət qədər çətin vəziyyətə salır, nəticədə İran tərəfi hər gün yüz milyonlarla vəsait itirir”.

Ekspert qeyd edib ki, İran hakimiyyəti daxilindəki fikir ayrılıqları müharibənin gedişinə və mümkün genişlənməsinə birbaşa təsir göstərir:

“Müharibənin bundan sonra genişmiqyaslı xarakter alması ehtimalı olsa da, bu, İranda gedən daxili proseslərdən asılıdır. Çünki hazırda İran hakimiyyəti daxilində, SEPAH və hökumət arasında, həmçinin elə SEPAH-ın öz daxilində Vaşinqtonla danışıqlar barədə çox ciddi fikir ayrılıqları mövcuddur. ABŞ məhz sözügedən ixtilaflardan da istifadə edərək iqtisadi blokadanı genişləndirir və İranı zəiflətməyə çalışır”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Gündəm

“Azərbaycan onların çirkin oyununu pozdu”- VİDEO

İyun 20, 2026
Gündəm

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib

İyun 19, 2026
Gündəm

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

İyun 19, 2026
Gündəm

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb

İyun 19, 2026
Gündəm

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

İyun 19, 2026
Dünya

“Müharibə İranı zəiflədib”

İyun 19, 2026

XƏBƏR LENTİ

“Azərbaycan onların çirkin oyununu pozdu”- VİDEO

20 İyun, 26 / 11:13

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib

19 İyun, 26 / 20:05

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

19 İyun, 26 / 19:59

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb

19 İyun, 26 / 19:54

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

19 İyun, 26 / 18:40

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

19 İyun, 26 / 17:46

Alimlər Alzheimer xəstəliyinin gizli mexanizmini müəyyən ediblər

19 İyun, 26 / 17:34

İran Hörmüz boğazını yenidən bağladı

19 İyun, 26 / 17:26

“Müharibə İranı zəiflədib”

19 İyun, 26 / 17:24

Çimərliklərə gedərkən nələri bilməliyik? - Ekspert açıqladı 

19 İyun, 26 / 17:17

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.