ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında İran daxilində ciddi siyasi parçalanma yaşandığını iddia edib və Tehranın hazırda “liderinin kim olduğunu anlamaqda çətinlik çəkdiyini” bildirib.
Zefer.media xəbər verir ki, Tramp İran daxilində “döyüş meydanında ciddi məğlubiyyətə uğrayan sərt xətt tərəfdarları” ilə “mülayimlər” arasında daxili mübarizə getdiyini və bu vəziyyətin “dəlilik” olduğunu qeyd edib.
Ağ Ev rəhbəri həmçinin Hörmüz boğazı ilə bağlı iddialı açıqlama verərək deyib ki, boğaz üzərində tam nəzarət ABŞ Hərbi Dəniz Qüvvələrinin əlindədir. Onun sözlərinə görə, heç bir gəmi ABŞ donanmasının razılığı olmadan boğaza daxil ola və ya oradan çıxa bilməz.
Tramp əlavə edib ki, İran razılığa gələnə qədər Hörmüz boğazı “germetik şəkildə bağlı” qalacaq.
Zərintac Mayisqızı















