Dünya

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini və Ukraynaya yeni kredit verilməsini təsdiqlədi

22 Aprel 2026, 18:593
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Aİ səfirləri Ukraynaya 90 milyard avroluq krediti təsdiqləyiblər, həmçinin Rusiya əleyhinə 20-ci sanksiya paketi barədə razılığa gəliblər.

Zefer.media “İzvestiya”ya istinadən xəbər verir ki, ən son məhdudiyyətlər paketinə Rusiya hərbi-sənaye kompleksini hədəf alan tədbirlər daxildir.

Bildirilib ki, sanksiyaların dron istehsalına və kölgə donanmasına yönələcəyi gözlənilir. Rusiyanın mayeləşdirilmiş təbii qazla işləyən gəmilərinin və buzqıranlarının istifadəsinə mərhələli qadağa da nəzərdə tutulur.

Digər məhdudiyyətlərə aktivlərin dondurulması və biznes qadağaları daxil olmaqla, Rusiyanın iri neft emalı zavodlarının və qiymətli kağız istehsalçılarının fond birjasında listinqinə qoyulan məhdudiyyətlər aiddir.

Eyni zamanda, medianın məlumatına görə Aİ ölkələri Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağanın tətbiqini təxirə salıblar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600