Dünya

Qazaxıstanda Regional Ətraf Mühit Sammiti keçirilir

22 Aprel 2026, 17:371
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qazaxıstanın paytaxtı Astanada Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil edilən Regional Ətraf Mühit Zirvəsi öz işinə başlayıb.

Zefer.media xəbər verir ki, Astanadakı Expo Konqres Mərkəzində keçirilən sammitin açılış iclasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, eləcə də Qırğızıstan Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monqolustan Prezidenti Xurelsux Uxnaa, Azərbaycan Baş naziri Əli Əsədov, Ermənistan Prezidenti Vahaqn Xaçaturyan və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili iştirak ediblər.

Açılış nitqində Tokayev ətraf mühit problemlərinin yalnız iqlim dəyişikliyi ilə məhdudlaşmadığını bildirib və əlavə edib ki, “Ekologiya bəşəriyyətin mövcudluğu üçün əsasdır”.

Qlobal səviyyədə artan qeyri-müəyyənliyin olduğunu və Birləşmiş Millətlər Təşkilatının (BMT) bu kontekstdə dialoq üçün əvəzolunmaz platforma olaraq qaldığını vurğulayan Tokayev bildirib: “BMT Nizamnaməsi menyu deyil. O, vahid şəkildə həyata keçirilməlidir”.

Qazaxıstan lideri qeyd edib ki, Mərkəzi Asiya ölkələri su çatışmazlığı, səhralaşma, buzlaqların əriməsi, hava çirkliliyi və biomüxtəlifliyin itirilməsi kimi ümumi ekoloji problemlərlə üzləşir və bunların region üçün əsas təhdidlər arasında olduğunu bildirib.

Qazaxıstanın ekoloji siyasətinə toxunan Tokayev əlavə edib ki, ölkə bərpa olunan enerjiyə keçid, su ehtiyatlarının səmərəli idarə olunması və deqradasiyaya uğramış torpaqların bərpası kimi sahələrdə çalışır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600