Dünya

Pakistanın baş naziri İran səfirini qəbul edib

22 Aprel 2026, 15:472
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Pakistan Baş Nazirinin Ofisi İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəmin Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdüyünü açıqlayıb.

Zefer.media xəbər verir ki, görüş zamanı tərəflər regiondakı mövcud vəziyyəti və gərginliyin azaldılması, sülhə nail olmaq istiqamətində görülən tədbirləri müzakirə ediblər.

Qeyd olunur ki, bu görüş ABŞ və İran arasında atəşkəsin “qeyri-müəyyən müddətə” uzadılmasından sonra İran və Pakistan rəsmiləri arasında baş tutan ilk birbaşa təmas kimi dəyərləndirilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600