Dünya

“ABŞ blokadanı qaldıran kimi danışıqlara başlayacağıq”

22 Aprel 2026, 14:371
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ dəniz blokadasını dayandıracağı təqdirdə Tehran Pakistanın paytaxtı İslamabadda ABŞ ilə növbəti danışıqlar raundunu keçirməyə hazırdır.

Zefer.media xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.

İrəvani vurğulayıb ki, İran müharibəyə başlamayıb və gərginliyin əsas səbəbi Vaşinqtonun hərbi addımlarıdır. Onun sözlərinə görə, ABŞ siyasi həll yolu axtarırsa, İran danışıqlara hazırdır, əgər müharibə istəyirsə, Tehran buna da hazırdır.

Diplomat qeyd edib ki, hər hansı yeni danışıqlar mərhələsindən öncə ABŞ “atəşkəs pozuntularını” dayandırmalı və blokadanı aradan qaldırmalıdır. İrəvani əlavə edib ki, İran “istənilən ssenariyə hazırdır” və blokada qaldırılan kimi danışıqlar dərhal bərpa olunacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600