Hava məkanının bağlanması səbəbindən Tehran hava limanında qalan Regasus Airlines sərnişin təyyarəsi 53 gündən sonra İstanbula yola düşüb.
Zefer.media xəbər verir ki, TC-RBR nömrəli Airbus A321neo təyyarəsinin bu axşam İstanbula enməsi planlaşdırılır.
Qeyd edək ki, təyyarə fevral ayının sonlarından etibarən bölgədə hərbi əməliyyatların başlaması və hava məkanının bağlanması səbəbindən uçuşları dayandırmışdı.
Ekipaj üzvləri quru yolu ilə Türkiyəyə təxliyə edilmişdi.
Təyyarənin geri qayıtması İran hava məkanında uçuş məhdudiyyətlərinin qismən aradan qaldırılmasından sonra mümkün olub.
Daha əvvəl bildirilirdi ki, digər Türkiyə aviaşirkətlərinin təyyarələri də Tehranda qalıb.
Zərintac Mayisqızı

















