Qazaxıstanda bu il sadələşdirilmiş məşğulluq prosedurlarının şamil olunmadığı əcnəbilər üçün vahid vergi rüsumunun tətbiq edilməsi nəzərdə tutulur.
Zefer.media xəbər verir ki, bu barədə Qazaxıstanın əmək və sosial müdafiə naziri Askarbek Yertayev bildirib.
O qeyd edib ki, fiziki və hüquqi şəxslər üçün mövcud kvotaların birləşdirilməsi və vahid dərəcələrin müəyyən edilməsi təklif olunur. Rüsumu ödədikdən sonra əcnəbilər həm fiziki, həm də hüquqi şəxslərin yanında işləyə biləcəklər.
Zərintac Mayisqızı

















