Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Erməni Apostol Kilsəsinə vergi tətbiq etmək niyyətini açıqlayıb və bu fikri partiyasının seçki kampaniyası zamanı dilə gətirib.
Zefer.media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“Ermənistanda universal vergi bəyannaməsi sistemi mövcuddur və ruhanilər bu sistemdən kənarda qala bilməzlər. Biz uzun müddətdir bəyan etmişik ki, Erməni Apostol Kilsəsi də müəyyən kommersiya fəaliyyətləri çərçivəsində və Ermənistan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda vergi ödəməlidir”, – deyə Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki platformasını təqdim edərkən bildirib.
Baş nazir Kilsə vergi ödəməli olduğu müəyyən kommersiya fəaliyyətləri ilə məşğul olur. Hökumət adıçəkilən vergiləri Kilsəyə tam şəkildə geri ödəməyə və zərurət yaranarsa, keşişlərə sosial təminatlar da təqdim etməyə sadiqdir.
Paşinyan əlavə edib: “Bu fikir səkkiz ildir ki, Ktriç Nersisyan (Bütün Ermənilərin Katolikosu II Qareginin dünyəvi adı – red.) üçün qəbuledilməzdir, çünki bir sadə səbəb var: onlar dindarlar icması, yəni xalq qarşısında hesabat vermək istəmirlər”.
Zərintac Mayisqızı

















