Dünya

Pakistanın daxili işlər naziri İran səfirliyində

20 Aprel 2026, 18:552
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın rəsmi media orqanları İslamabaddakı İran səfirliyində keçirilən görüşə dair görüntülər yayımlayıb.

Zefer.media xəbər verir ki, görüşdə İranın İslamabaddakı səfiri Rza Əmiri-Müqəddəm və Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi iştirak edib.

“Tasnim News”un məlumatına görə, tərəflər ABŞ və İran arasında gözlənilən ikinci raund danışıqların təşkilati məsələlərini müzakirə ediblər.

Bununla belə, son 24 saat ərzində İran rəsmiləri İslamabadda yeni danışıqların keçirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Tehran bildirib ki, mümkün danışıqlarda iştirak yalnız ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasını aradan qaldırması halında mümkün ola bilər.

Mövzu ətrafında ziddiyyətli açıqlamalar danışıqların taleyi ilə bağlı qeyri-müəyyənliyi artırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600