Dünya

“Rəşt-Astara dəmir yolunun başlanğıc tarixi müharibə səbəbindən təxirə salınıb”

20 Aprel 2026, 14:024
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
“Bölgədəki hərbi əməliyyatlar İran və Rusiya arasında əsas infrastruktur layihələrindən birinin — “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin vacib hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisinin həyata keçirilməsini gecikdirib”.
Zefer.media xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali “Vedomosti”yə verdiyi müsahibədə qeyd edib.
“Biz həmin dəmir yollarının həyata keçirilməsi üçün icra müqaviləsini bu ilin 1 aprelində imzalamağa razılaşdıq. Onlar (ABŞ və İsrail – red.) müharibəyə başladılar və bu, bizim bu planı həyata keçirməyimizə mane oldu. Lakin müharibə bizi planı tamamilə təxirə salmağa məcbur etməyəcək. Onlar bizə bir az mane oldular, amma tamamilə əngəl törətməyəcəklər”, – deyə o bildirib.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600