Dünya

Pezeşkian: “Hansı cinayətə görə hüquqlarımızdan imtina etməliyik?”

19 Aprel 2026, 13:265
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın İranın hüquqları ilə bağlı mövqeyini tənqid edib.

Zefer.media xəbər verir ki, o, bu barədə ölkənin Gənclər və İdman Nazirliyində çıxışı zamanı danışıb.

Pezeşkian bildirib ki, Tramp İranın öz hüquqlarından istifadə etməməli olduğunu iddia edir, ancaq bunun səbəbini izah etmir.

İran prezidenti qeyd edib ki, Tehran müharibə yaymaq niyyətində deyil və indiyədək heç bir ölkəyə hücum etməyib. Onun sözlərinə görə, İran nə müharibəni başladıb, nə də hazırda kiməsə hücum etmək planı var.

Pezeşkian əlavə edib ki, İran yalnız öz qanuni hüquqlarını tələb edir və bu hüquqların tanınmaması üçün ölkəyə qarşı təzyiq və zorakılıq tətbiq olunur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600