ABŞ prezidenti Donald Tramp aprelin 17-də İsrailin Livana qarşı bundan sonra hücumlarını qadağan etdiyini bildirib.
Zefer.media xəbər verir ki, o, Truth Social sosial şəbəkəsində bu barədə yazıb.
“İsrail artıq Livanı bombalamayacaq. ABŞ onlara bunu etməyi qadağan edir. Yetər”, – Ağ Ev rəhbəri vurğulayıb.
Amerika lideri həmçinin qeyd edib ki, ABŞ Hizbullah hərəkatı ilə bağlı vəziyyəti həll etmək üçün Livanla ayrıca işləmək niyyətindədir.
Zərintac Mayisqızı

















