Dünya

İran Hörmüz boğazını açıb

17 Aprel 2026, 17:164
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Livanda atəşkəsə uyğun olaraq ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilib.

Zefer.media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı öz sosial media hesabında deyib.

 Həmin qərar Hörmüz boğazının bir ay yarımdan sonra yenidən açılması deməkdir.

“Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin atəşkəs müddətinin qalan hissəsində İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən əvvəllər elan edilmiş əlaqələndirilmiş marşrutla Hörmüz boğazından keçməsinə tam icazə verilir”, – o vurğulayıb.

Bəyanatda qərarın yalnız atəşkəs müddəti ilə məhdudlaşdığı bildirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600