Gündəm

“Biz hər bir görüşdə iştirak etməyə hazırıq”

17 Aprel 2026, 16:051
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Biz hər görüşdə iştirak etməyə hazırıq. Demək istəyirəm ki, Türkiyə ilə Zelenski, Putin, Prezident Ərdoğan və ya bəlkə də Tramp arasında keçiriləcək hər hansı bir görüşə hazırıq”.

Zefer.media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalya Diplomatiya Forumu (ADF) 2026 çərçivəsində Belek Turizm Bölgəsindəki “NEST” Konqres Mərkəzində keçirilən sessiyada auditoriya qarşısında çıxışı zamanı deyib.

O, Ukraynanın hazırda sərhədlərini qoruduğunu və ölkənin son bir ildə müharibə və enerji sahələrində daha da gücləndiyini vurğulayıb.

Nazir ölkə tarixinin ən çətin dövrünü keçdiklərini və əvvəlki aylarla müqayisədə müharibə səylərində ən güclü səviyyələrinə çatdıqlarını ifadə edib.

“Son aylarda Rusiyanın işğal etdiyindən daha çox ərazini ələ keçirdik”, – deyə Sibiqa rusların heç bir strateji məqsədə çatmadığını bildirib.

O, Rusiyanın dünən Ukrayna şəhərlərinə 700 dron və 40 raketlə hücum etdiyini və yaxın gələcəkdə genişmiqyaslı hücumların davam edəcəyini gözlədiklərini söyləyib.

Yaxın Şərq ölkələrinə təhlükəsizlik sahəsində tərəfdaşlıq təklif etdikləri barədə məlumatları paylaşan xarici işlər naziri Ukraynanın müdafiə sənayesi sahəsində çox əhəmiyyətli irəliləyişlərə nail olduğunu qeyd edib.

Sibiqa Rusiyanın “kölgə gəmilərinə” təzyiqin artırılmalı olduğunu iddia edib və Rusiya xam neftinin “qanunsuz ixracının” qarşısının alınmasının vacibliyini əlavə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600