• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
6.3° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Paytaxtın şimal girişində nəqliyyat düyünü açılır - Aslan Əsədovdan meqa-layihə təqdimatı

17 Aprel, 26 / 14:01
A A

Çinar Park Biznes Mərkəzində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xidmət edən strateji əhəmiyyətli “Şimal Böyük Yol Qovşağı Kompleksi” layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.

Zefer.media xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimin əsas məruzəçisi qismində çıxış edən layihə rəhbəri, nəqliyyat eksperti Aslan Əsədov kompleksin konseptual əhəmiyyəti və regionun logistik mənzərəsinə verəcəyi töhfələr barədə geniş məlumat verib. Ekspert çıxışında layihənin xüsusilə paytaxtın şimal giriş-çıxış istiqamətlərini əhatə edən əsas arteriyalar üzərindəki gərginliyi azaldacağını vurğulayıb:

Bakı, regionun ən güclü və investisiya üçün cəlbedici paytaxtlarından biridir. Şəhərin iqtisadi potensialını artırmaq üçün nəqliyyat infrastrukturu mükəmməl səviyyədə olmalıdır. Təklif olunan layihənin əsas fəlsəfəsi minimum investisiya və mövcud infrastrukturdan maksimum səmərəli istifadə etməklə nəqliyyat düyünlərini açmaqdır. Bu, həm kommersiya baxımından sərfəlidir, həm də paytaxtın nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azaldacaqdır.

Xırdalan dairəsi  ərazisində nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur:

Şamaxı istiqamətindən gələn avtobusların hərəkətini maneəsiz təmin etmək üçün köməkçi yolların (viadukların) inşası. Bu yol avtobusların birbaşa Xırdalan dairəsinə çıxışını təmin edəcək. Yeni infrastruktur gələcəkdə tramvay və digər elektrikli nəqliyyat vasitələrinin tətbiqi üçün baza rolunu oynayacaq.

Bakı-Sumqayıt yolunun kənarında, “Ağdağ” yaxınlığında yeni metro stansiyasının və ya dayanacağının təşkili sərnişin axınının idarə olunmasında kritik rol oynayacaq. Sədərək, Masazır və Sumqayıt istiqamətindən gələn marşrutların heç bir maneəyə rast gəlmədən Şamaxı dairəsinə və metro çıxışına daxil olması təmin edilməlidir. Ərazidəki körpülərin dayaq hündürlüyü (4.5 – 5 metr) imkan verir ki, aşağı hissədə yeni keçidlər təşkil edilsin. Bu, nəqliyyat vasitələrinin əlavə məsafə qət etmədən geri dönməsini və manevr etməsini asanlaşdıracaq.

Mövcud Sulutəpə dairəsindəki tıxacların əsas səbəbi geriyə dönmələrin və sağa ayrılmaların düzgün layihələndirilməməsidir. Sürücülərin “Ekoloji Post”a qədər gedib geri dönmək məcburiyyətində qalması vaxt itkisinə və psixoloji gərginliyə səbəb olur. 45 saniyəlik bir gecikmə zəncirvari reaksiya ilə bir saatlıq tıxaca çevrilir. Müasir urbanizasiya qaydalarına əsasən, infrastruktur elə qurulmalıdır ki, nəqliyyat vasitəsi A nöqtəsindən B nöqtəsinə ən qısa zamanda çatsın və yolu boşaltsın.

 

Şəhərin şimal girişində yaşayış komplekslərinin (apartmentlərin) sıxlığını nəzərə alaraq, burada sosial və ekoloji zonanın yaradılması zəruridir. Ərazidəki boş sahələrin rekreasiya zonasına çevrilməsi həm sakinlərin rahatlığı, həm də şəhərin ekoloji mühiti üçün vacibdir. Şəhərə daxil olan nəqliyyat yükü hələ mərkəzə çatmamış, kənar paylayıcı yollar vasitəsilə diversifikasiya olunmalıdır”.

Layihə rəhbəri bildirib ki, layihənin əsas hədəflərindən biri beynəlxalq təcrübəyə, xüsusilə İstanbul modelinə əsaslanaraq xərclərin azaldılmasıdır: ” Burada mövcud mühəndis qurğularından və köməkçi yolların potensialından maksimum istifadə nəzərdə tutulur.

Eyni marşrut üzərində ödənişli və ödənişsiz yolların bir-birindən effektiv ayrılması təklif olunur. Bu yanaşma hərəkət intensivliyini tənzimləməyə və alternativ seçimlər yaratmağa imkan verir. Tunellərdə və keçidlərdə hava sirkulyasiyasının qorunması, sərnişinlərin rahatlığı üçün geniş baxış bucaqlı yolların inşası prioritetdir”.

O həmçinin, Babək, Dərnəgül və Ziya Bünyadov prospektindən, Rəşid Behbudov və Bakıxanov küçələrinin optimallaşdırılmasından və Ziya Bünyadov prospekti və Azadlıq prospekti qovşağından, Biləcəri – 4-cü Mikrorayon istiqamətindəki yoldan,Zığ Şossesi və Cənub istiqamətindən, Şamaxı-İsmayıllı yolundan danışıb :

” Babək prospektindəki mövcud 2 kilometrdən artıq uzunluğu olan yol ötürücüsünün uğurlu diferensial hündürlük həlli digər ərazilər üçün nümunə götürülür. Bakı-Sumqayıt yolunda az məsrəflə, xüsusi “oktyabr zolağı” ayırmaqla 7.5 metr enində yeni bir viaduk inşa edilə bilər. Bu köməkçi yol modeli birbaşa Fəvvarələr dairəsinə maneəsiz çıxışı təmin edərək şəhərə girişdəki yubanmaları aradan qaldıracaq.

Dərnəgül metrosu və dəmiryolu xətti yaxınlığındakı infrastrukturun yenidən qurulması şəhərin nəqliyyat xəritəsini dəyişə bilər. Süleyman Sani Axundov küçəsi ilə Bakısol yolunu birləşdirən yeni yol ötürücüsü inşa edilməlidir. Bu layihə Baş Prokurorluğun yaxınlığından keçməklə Dərnəgül dəhlizi vasitəsilə birbaşa Ziya Bünyadov prospektinə alternativ yol yaradır. Bu, Heydər Əliyev prospekti və mövcud əsas yollardakı sıxlığı azaldan yeni bir “nəfəslik” rolunu oynayacaq.

Xırdalan şəhərinə mövcud girişlərin optimallaşdırılması və meqa-layihənin tərkib hissəsi kimi yenidən dəyərləndirilməsi nəzərdə tutulur. Şəhərə daxil olan yükün bir neçə giriş nöqtəsi arasında paylanması, tıxacların qarşısını almaq üçün əsas şərtdir.

​Dövlət Dəstəyi və İctimai Bu layihələr beynəlxalq səviyyədə sınanmış metodlara əsaslanır. Onların tam reallaşması üçün birbaşa dövlət yanaşması və Nəqliyyatın Əlaqələndirmə Şurası tərəfindən dəstəklənməsi vacibdir.

Ziya Bünyadov prospektindəki (keçmiş “Karl Marks” heykəli yaxınlığı) bəzi giriş-çıxışların bağlanması nəqliyyatda “arterial təzyiqin” artmasına, yəni tıxaca səbəb olub. Arxiv sənədləri göstərir ki, əvvəllər köməkçi yoldan birbaşa çıxışın olması Aynasultanov, Gənclik və Nərimanov istiqamətlərində hərəkəti xeyli yüngülləşdirirdi.

Ziya Bünyadov prospekti 1051 ünvanında yerləşən geniş ərazinin potensialından istifadə etməklə, 3.15 – 4.15 metr enində yeni köməkçi zolaqların və ya sütunlar üzərində avtobus xətlərinin inşası mümkündür. Bu, prospektdəki “darboğaz” effektini aradan qaldıracaq.

Rəşid Behbudov küçəsi şəhərin mərkəzi arteriyasıdır. Lakin Bakıxanov küçəsi ilə kəsişmədə avtobusların sağa dönməsi və eyni zamanda işıqforda gözləməsi böyük sıxlıq yaradır.

Avtobus xəttinin trayektoriyasını dəyişərək, onları Süleyman Rüstəm (və ya ətraf paralel küçələr) vasitəsilə yönləndirmək mümkündür. Bu, həm məsafəni uzatmır, həm də Rəşid Behbudov küçəsinin sonundakı tıxacı tamamilə aradan qaldırır, ümumi nəqliyyat axınını azad edir.

Prezidentin xüsusi sərəncamı ilə Biləcəri qəsəbəsindən 4-cü mikrorayon istiqamətinə yeni yolun inşası barədə göstəriş verilmişdir. Bu yol gələcəkdə Bakı şəhərinin mərkəzinə olan yükü azaltmaq üçün vacib bir “nəfəslik” rolunu oynayacaq.

​Təklif olunan marşrut Biləcəri qəsəbəsindən keçməklə, Heydər məscidi, 7-ci mikrorayon və Kamal Paşayev küçəsi istiqamətini əhatə edir. Bu ərazi təbii aşınmaya məruz qalmış relyefə malikdir. Relyefin xüsusiyyətlərindən (təbii dolanbaclar) düzgün istifadə etməklə, böyük maliyyə xərci çəkmədən və əhalinin köçürülməsinə ehtiyac qalmadan yeni infrastruktur qurmaq mümkündür. 25 günlük şəxsi müşahidələrim və apardığım ölçmələr göstərir ki, ərazinin daşıma qabiliyyəti yol inşası üçün tam əlverişlidir.

Bakı şəhərindəki tıxac problemini həll etmək üçün mərhələli yanaşma vacibdir. Birinci mərhələdə şimal girişləri (Sulutəpə, Xırdalan, Şamaxı və Biləcəri), növbəti mərhələdə isə cənub hissəsi (Bayıl, Badamdar, Zığ, Suraxanı) nəzərə alınmalıdır.

​Zığ şossesi ətrafında alternativ yolun çəkilməsi layihəsi tıxacların qarşısını almaq üçün nəzərdə tutulub. Bu ərazidə planlaşdırılan söküntülər və sakinlərin köçürülməsi məsələsi aktualdır. Təqdim etdiyim layihələr büdcəyə qənaət edən və səmərəli alternativlər təklif edir ki, bu da şəhər infrastrukturunun daha komponentli olmasına kömək edə bilər.

Şamaxı-İsmayıllı istiqamətində (Muğanlı-İsmayıllı yolu) inşa edilən yeni tunellər və asma körpü müasir infrastruktur nümunəsidir. Bu ərazi aktiv sürüşmə zonası olduğu üçün asma körpünün inşası zəruri idi.

Lakin tuneldən çıxışda sürət həddinin tənzimlənməsi və sürücülərin peşəkarlığı vacibdir. Xüsusilə yağışlı hava şəraitində yüksək sürət və kəskin əyləc istifadəsi təhlükəli vəziyyətlər yarada bilər. Bu yol həm təhlükəsizlik, həm də sürüşmə riskinin qarşısını almaq baxımından əhəmiyyətlidir”.

Ekspert həmdə son zamanlar yağan yağışlar nəticəsində yollarda yaranan problemlərin həllindən bəhs edib : ” Son vaxtlar Bakı şəhərində yağan intensiv yağışlar zamanı yaranan su yığıntılarının qarşısının alınması və bu suların səmərəli idarə edilməsi ilə bağlı mənə çoxsaylı suallar ünvanlanıb. Bu məsələyə dünya ölkələrində müxtəlif yanaşmalar mövcuddur.

Bakı şəhəri mürəkkəb relyefə malik olsa da, onun torpaq örtüyü (əsasən quru qum və gil qatı) suyu hopdurma qabiliyyətinə malikdir. Bu torpaq tərkibi həm də seysmik davamlılıq baxımından əhəmiyyətlidir; zəlzələ dalğaları qum qatında sönümlənir və enerji dənizə ötürülür. ​Şəhər infrastrukturunda, xüsusən 1950-ci illərə qədər tətbiq edilən qəlbə daşlarından (parket daşlar) istifadə metodologiyası həm estetik, həm də funksional baxımdan daha əlverişlidir. Asfaltdan fərqli olaraq, bu daşların arası ilə yağış suları birbaşa torpağa hopur. Bu, kanalizasiya sisteminin yüklənməsinin qarşısını alır və suyun təbii yolla kənarlaşdırılmasını təmin edir. Yağış sularının idarə olunması üçün “Bolle” tipli yeraltı toplama sistemlərinin qurulmasını təklif edirəm. Keçən il Cavanşir körpüsünün altında və Sabunçu rayonu ərazisində müşahidə olunan subasma hallarının qarşısını bu yolla almaq mümkündür. Yol ötürücülərinin yaxınlığında, “Birləşmiş qablar qanunu”na uyğun olaraq yeraltı çənbərlər inşa edilir.

Su müəyyən səviyyəyə çatdıqda heç bir nasos sisteminə ehtiyac duymadan, öz axımı ilə borular vasitəsilə kənarlaşdırılır. Bu, dağlıq rayonlardakı təbii drenaj sisteminin şəhər analoqudur. Beləliklə, yağış suları kanalizasiya şəbəkəsini yükləmir və təmiz su ehtiyatı kimi avtonom məqsədlər üçün istifadə edilə bilər”.

“Mən şəhər nəqliyyatını insan orqanizminə bənzədirəm : Burada bütün elementlər (metro, avtobus, taksi) bir-biri ilə sıx əlaqədədir.

​Metrodakı gecikmə və ya sıxlıq dərhal avtobus və taksi xidmətlərinə təsir edir. ​İnkişaf mütənasib aparılmalıdır: Əgər metronun intervalı azaldılırsa, paralel xətlər üzrə avtobusların sayı da mütləq artırılmalıdır”.

Mütəxəssis, göl ətrafı ərazilərin ekoloji və infrastruktur problemlərinin həllindən, yol inşasında keyfiyyət standartları və mühafizəsidən, dövlət xərclərinin strateji prioritetləşdirilməsindən, ehtiyatlarının idarə edilməsi və sel təhlükəsizliyindən, Kür çayının və torpaqların mühafizəsindən,yol hərəkəti təhlükəsizliyindən də danışıb : Bakı ətrafındakı göllərin (Böyükşor, Xocahəsən, Bülbülə, Qu və s.) abadlaşdırılması şəhərin həm ekoloji durumuna, həm də vizual görünüşünə müsbət təsir edərdi. Hazırda bu göllər arasında ekoloji cəhətdən ən gərgin vəziyyətdə olanlar Xocahəsən və Böyükşor gölləridir. ​Təəssüf ki, bəzi ərazilərdə göllərin qurudularaq üzərində yaşayış binalarının tikilməsi halları müşahidə olunur (məsələn, Masazır ərazisində). Bu, ciddi fəsadlara yol açır; yağış zamanı həmin əraziləri su basır və suların çəkilməsi qeyri-mümkün olur. Göl yatağında tikinti aparmaq mühəndis baxımından yanlış yanaşmadır.

Yolların uzunömürlü olması üçün infrastruktur düzgün qurulmalıdır. Yolun əsas düşməni atmosfer yağıntıları və günəş şüalarıdır. Əgər yol yatağında su yığılırsa, asfaltın qalınlığından asılı olmayaraq yol tez sıradan çıxacaq. Yeraltı sular və yağış suları qanovlar vasitəsilə yoldan uzaqlaşdırılmalıdır. Bitum və qırmadaş qarışığının texnoloji standartlara uyğun hazırlanması yolun deformasiyaya uğramamasının əsas şərtidir.

Mövcud geosiyasi vəziyyəti və sülh müqaviləsinin hələ imzalanmadığını nəzərə alaraq, dövlət büdcəsinin səmərəli istifadəsi prioritet olmalıdır. Bu mərhələdə lüks xərclərdən yayınaraq, əsas diqqəti Qarabağın bərpasına, infrastrukturuna və “Böyük Qayıdış” proqramına yönəltmək vacibdir. Meqalayihələr dövlət üzərində ağır yük yarada bilər, buna görə də oturuşmuş infrastruktur tam həllini tapana qədər resurslar bu istiqamətdə konsentrasiya edilməlidir.

Bakı ətrafındakı adaların (məsələn, Zirə və s.) iqtisadi dövriyyəyə cəlb edilməsi üçün alternativ həllər təklif olunur: “Neft daşları” təcrübəsindən istifadə edərək, adalar arasında ağır beton strukturlar deyil, daha az xərcli metal konstruksiyalı yollar və asma körpülər inşa edilə bilər. Bu ərazilərdə külək enerjisinin maya dəyəri su, qaz və ya atom stansiyalarına nisbətən qat-qat ucuzdur. Külək turbinlərinin quraşdırılması həm ekoloji, həm də iqtisadi cəhətdən daha səmərəlidir. Bakı buxtası üzərindən keçən körpülərin layihələndirilməsində İstanbul təcrübəsi (Çanaqqala və s. körpülər) tətbiq olunmalıdır ki, həm hava sirkulyasiyası pozulmasın, həm də şəhərdə havasızlıq problemi yaranmasın.

Son dövrlərdə intensivləşən sel və daşqın hadisələri mühəndislik yanaşmasının dəyişməsini tələb edir. Kiş, Dəmiraparan və Ağoğlan çayları timsalında görünür ki, çay yataqlarının vaxtında təmizlənməməsi yağıntı zamanı faciələrə və infrastrukturun dağılmasına səbəb olur. Yay aylarında yaşanan su qıtlığını aradan qaldırmaq üçün yağıntı sularının düzgün drenaj sistemləri ilə toplanması və su anbarlarına yönəldilməsi mütləqdir.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi və Kür çayındakı problemlərlə bağlı yeni bir layihə üzərində işlər davam edir. Salyan, Neftçala, Sabirabad və İmişli rayonlarında torpaqların şoranlaşmasının qarşısını almaq üçün suyun idarə olunması və Kürə təkrar axıdılması istiqamətində elmi-mühəndislik həlləri hazırlanır.

Yollarda baş verən insan itkiləri bəzən müharibə itkilərini üstələyir. Bu problemin kökündə duran səbəblər bunlardır : Sürücülərin işıqforlarda diqqətsizliyi, qanunsuz dayanma-durma halları və digər hərəkət iştirakçılarına qarşı aqressiv davranışı qəzalara zəmin yaradır. Ağacların arasında görünməz qalan nişanlar, rəngi silinmiş piyada keçidləri və yolun ortasında qalan maneələr müvafiq dövlət qurumlarının koordinasiyalı işləməməsinin nəticəsidir. Kiçik bir maneənin (məsələn, yanlış əkilmiş ağacın) aradan qaldırılması üçün bürokratik maneələr aradan qaldırılmalıdır.

Tədbirin yekununda A. Əsədov bildirib ki, bu layihələr fərdi təşəbbüsdən ibarət olsa da, onların tammiqyaslı tətbiqi üçün dövlət dəstəyi və Nəqliyyatın Əlaqələndirmə Şurası ilə birgə fəaliyyət vacibdir:” Layihənin əsas məqsədi paytaxtın nəqliyyat sisteminə elmi və praktik töhfə vermək, vətəndaşların yolda itirdiyi vaxtı minimuma endirməkdir. Bir ekspert olaraq əsas hədəfim fərdi reklam deyil, ortaya faydalı “əsər” və iş qoymaqdır. Mühəndis və ekspert fəaliyyəti cəmiyyətdəki bu boşluqları doldurmağa və insanların təhlükəsizliyini təmin etməyə xidmət etməlidir”.

Sonra Aslan Əsədov media nümayəndələri və jurnalistlərin suallarını cavablandırıb və xatirə fotosu çəkilib.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Dünya

ABŞ İrana qarşı əməliyyat üçün mümkün ssenariləri müzakirə edib

May 1, 2026
Gündəm

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

May 1, 2026
Cəmiyyət

Uşağa doğru ad seçimi necə edilməlidir? - AÇIQLAMA

May 1, 2026
Manşet

XTQ-nin yaranmasının 27-ci ildönümü münasibətilə “Sədaqətim Şərəfimdir” adlı tədbir keçirilib

May 1, 2026
Cəmiyyət

Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq

Aprel 30, 2026
Gündəm

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 30, 2026

XƏBƏR LENTİ

Ukrayna hücumlara qarşı müdafiəni gücləndirir - Zelenski 

02 May, 26 / 0:29

Dəməşqdə baş verən partlayışda tanınmış alim həlak olub

02 May, 26 / 0:23

Maykl Ceksonun əşyaları satışda

02 May, 26 / 0:14

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

02 May, 26 / 0:11

İranın ali rəhbəri tərəfindən bəyanat yayıldı

02 May, 26 / 0:04

İranda etirazçılar Xameneyinin banerinə od vurdular

02 May, 26 / 0:02

Ağdamda ağır qəza: ölənlərin və yaralıların kimliyi bilindi

01 May, 26 / 23:59

Tramp İranla müharibənin bitdiyini AÇIQLADI

01 May, 26 / 23:43

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

01 May, 26 / 22:03

Netanyahu xərçəngə bu yolla qalib gəldiyini açıqladı

01 May, 26 / 21:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.