Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin “görünməmiş dərəcədə yüksək səviyyədə” olduğunu bildirib.
Paşinyanın şərhləri “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın hazırkı hökumətin seçkilərdə qələbə qazanmasının İrəvanla Moskva arasında iqtisadi münaqişəyə səbəb ola biləcəyi barədə açıqlamaları fonunda səslənib.
Baş nazir Karapetyanı iqtisadi münaqişəni alovlandırmağa cəhd etməkdə günahlandırıb.
O, Ermənistanın Rusiya ilə mübahisə etmədiyini və ümumiyyətlə belə niyyətdə olmadığını vurğulayaraq, ölkələr arasında nifaq salmaq cəhdlərini faydasız adlandırıb.
Baş nazir həmçinin bildirib ki, Moskvaya son səfərindən sonra müxtəlif sahələrdə strateji razılaşmalar əldə edilib və onların həyata keçirilməsi yaxın gələcəkdə nəzərə çarpacaq.
Zərintac Mayisqızı