Dünya

Ermənistanda ədalət problemi yeni Konstitusiya ilə həll edilə bilər – Paşinyan

15 Aprel 2026, 18:163
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
“Ermənistanda məhkəmə sisteminin əsas hakimiyyət mənbəyi olan xalqla üzvi əlaqəsi yoxdur və bu məsələ yeni Konstitusiyanın qəbul edilməsi yolu ilə həll edilə bilər”.
Zefer.media xəbər verir ki, bunu həmin ölkənin baş naziri Nikol Paşinyan bunu Aİ-Ermənistan Vətəndaş Cəmiyyəti Platformasının 8-ci iclasında bildirib.
O qeyd edib ki, müxtəlif qruplar ədaləti fərqli şəkildə qəbul edirlər: vəkillər, siyasətçilər, biznes nümayəndələri və vətəndaşlar – hamısının fərqli mənaları var. Bundan əlavə, məhkəmə proseslərində adətən iki tərəf olur – biri uduzur, digəri qalib gəlir.
Baş nazirin sözlərinə görə, əsas vəzifə hər iki tərəfin nəticəni ədalətli kimi qəbul etməsini təmin etməkdir.
O, mövcud şəraitdə məhkəmə sisteminin cəmiyyətdən əsasən təcrid olunduğu üçün ölkədə ədalət hissini inkişaf etdirməyin çətin olduğunu vurğulayıb. Bundan əlavə, Paşinyan əlavə edib ki, ədalət sistemi əsasən vətəndaşlar qarşısında kifayət qədər hesabatlılıq və məsuliyyət daşımayan təcrid olunmuş qurumlar tərəfindən idarə olunur.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600