Dünya

SEPAH hədələyir: ABŞ blokadası davam etsə, İran üç dənizi bağlayacaq

15 Aprel 2026, 15:355
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran ABŞ-nin dəniz blokadasını davam etdirəcəyi təqdirdə Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə beynəlxalq ticarəti dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

Zefer.media xəbər verir ki, bunu bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı yayımladığı bəyanatda bildirib.

“ABŞ bölgədə qanunsuz dəniz blokadasını davam etdirərsə və İranın ticarət gəmiləri ilə neft tankerlərinin təhlükəsizliyini təhdid edərsə, İran silahlı qüvvələri sərt addımlar atacaq”, – deyə bəyanatda vurğulanıb.

Belə bir vəziyyətdə İran Fars körfəzində, Oman körfəzində və Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etməsinə icazə verməyəcək.

SEPAH ABŞ-ni “təcavüzkar və terrorçu” adlandıraraq, mümkün eskalasiyanın məsuliyyətinin Vaşinqtonun üzərinə düşəcəyini bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600