Dünya

İran müharibə istəmir, amma təslim olmayacaq – Pezeşkian

15 Aprel 2026, 14:101
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran müharibə etmək niyyətində deyil və digər ölkələrlə dialoq və konstruktiv qarşılıqlı fəaliyyətə üstünlük verir.

Zefer.media xəbər verir ki, bunu dünən İran prezidenti Məsud Pezeşkian bildirib.

O, həmin açıqlamanı Tehranda fövqəladə xidmətlər mərkəzinə baş çəkərkən verib. Pezeşkian vurğulayıb ki, İran xalqına öz iradəsini qəbul etdirmək üçün edilən istənilən cəhd uğursuzluğa məhkumdur.

İran prezidenti qeyd edib ki, Tehran ABŞ ilə konstruktiv dialoqu dəstəkləyir, lakin heç bir halda “təslim olmağa” razı olmayacaq.

Pezeşkianın sözlərinə görə, İran problemlərin həllini yalnız diplomatik yollarla mümkün hesab edir və gərginliyin artmasında maraqlı deyil.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600