Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev aprelin 11-də Buxarada qeyri-rəsmi görüş keçirəcəklər.
Zefer.media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Bildirilib ki, iki ölkənin liderləri strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini və regional gündəlikdəki aktual məsələləri müzakirə etməyi planlaşdırırlar.
Zərintac Mayisqızı

















