Fevralın 28-də başlayan müharibə nəticəsində İranda üç mindən çox insan həyatını itirib.
Zefer.media xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin direktoru yerli rəsmi mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, həlak olanların təxminən 40 faizinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizanın müdaxiləsinə ehtiyac var. Tanınma prosesindən sonra meyitlər aidiyyəti üzrə təhvil veriləcək.
Zərintac Mayisqızı

















