Dünya

“Xarq adasına hücum İrana siqnal idi” – Heqset

8 Aprel 2026, 17:562
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset İranla atəşkəs elan olunması və Xarq adasının hücumlara məruz qalması ilə bağlı danışıb.

Zefer.media xəbər verir ki, Heqset Xarq adasına endirilən zərbələr müəyyən hərbi hədəflərə yönəldiyini və bu addımın Tehran üçün açıq mesaj xarakteri daşıdığını qeyd edib.

Nazir həmçinin bildirib: “Xarqda bəzi hərbi hədəflərimiz var idi ki, bu da bir siqnal idi. Onlar onu müdafiə edə bilmirlər və buna görə də iranlılar sonda öz mövqelərini – gələcəklərini başa düşdülər”.

O, əlavə ki, Donald Tramp açıq şəkildə Tehrana mesaj verib: “Biz hər şeyi sizdən ala bilərik. Enerji ixrac etmək qabiliyyətiniz əlinizdən alına bilər və ABŞ ordusu bu hədəfləri cəzasızlıqla vurmaq qabiliyyətinə malikdir”.

Heqset vurğulayıb ki, məhz sözügedən təzyiq nəticəsində İran tərəfi razılaşmaya razı olub və atəşkəsə gedib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600