Xarici xəbərlər

Ukrayna Timoşenko ilə bağlı istintaqı başa çatdırıb

8 Aprel 2026, 14:030
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) parlamentdəki fraksiya rəhbərlərindən biri ilə bağlı məhkəməyə qədərki istintaqın başa çatdığını elan edib.

Zefer.media NABU-nun yaydığı açıqlamaya istinadən xəbər verir ki, istintaq Ukrayna siyasətçisi Yuliya Timoşenko ilə bağlı aparılıb.

O, Ali Radadakı həmkarlarına səsvermədə istənilən nəticəni əldə etmək üçün sistemli şəkildə rüşvət təklif etməkdə şübhəli bilinir.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin parlament daxilində qeyri-qanuni maliyyə təşviqləri vasitəsilə korrupsiya şəbəkəsi qurmağa cəhd etdiyini göstərən sübutlar toplayıb. Bildirilir ki, siyasətçi bu iş üzrə rəsmi şübhə bildirişini 2026-cı ilin yanvarında alıb. Qurum açıqlamada ad çəkməsə də, söhbətin Yuliya Timoşenkodan getdiyi vurğulanır.

İstintaq materiallarına əsasən, 2025-ci ilin dekabrında parlament üzvləri arasında rüşvətxorluq faktlarının ifşa olunmasına baxmayaraq, şübhəli şəxs ayrı-ayrı deputatlarla “sadiq səslər” müqabilində mükafatlandırma sistemi barədə danışıqlar aparıb. Bu mexanizmin əvvəlcədən ödənişlər və davamlı əməkdaşlıq prinsipi əsasında qurulduğu iddia edilir.

Deputatlardan müəyyən səsvermə davranışlarına – “lehinə”, “əleyhinə”, bitərəf qalmaq və ya səsvermədə iştirak etməmək kimi – riayət etmələri tələb olunub.

Eyni zamanda xatırladılıb ki, Ukrayna Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər bir şəxs təqsiri məhkəmə tərəfindən sübuta yetirilməyənə qədər günahsız hesab olunur.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600