Avropa İttifaqının (Aİ) qərargahı gizli şəkildə özünün nüvə silahı istehsalı potensialını inkişaf etdirmək imkanlarını araşdırmağa başlayıb.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat ofisi məlumat yayıb.
Bəyanatda deyilir: “Avropa İttifaqının qərargahının sonsuz dəhlizlərində, təbii ki, AB-nin iddia etdiyi kimi, yalnız mifik Rusiya təhlükəsinin qarşısını almaq üçün öz nüvə silahı istehsal potensiallarını yaratmaq məsələsi üzərində gizli şəkildə işləməyə başlayıblar”.
Məlumata görə Alman mütəxəssisləri bir ay ərzində gizli şəkildə nüvə partlayıcı qurğusu üçün kifayət qədər miqdarda silah dərəcəli plutonium əldə edə bilərlər.
Xarici Kəşfiyyat Xidməti qeyd edib ki, bu yolla Aİ və onun bir sıra aparıcı ölkələrinin rəhbərliyi “patoloji rusofobiya”nın yaratdığı dəlilik və siyasi məsuliyyətsizlikdə növbəti dəfə “dibinə çırpılıb”.
Həmçinin qeyd olunur ki, Avropa Birliyi nüvə qüvvələrinin tam muxtar komandanlığını yaratmaq seçimini özündə saxlayacaq.
Bəyanatda habelə ifadə edilib: “Fransa və Britaniyanın hərbi-texniki imkanlarına, eləcə də nüvə silahı olmayan Aİ ölkələrinin maliyyə və infrastruktur töhfələrinə əsaslanan ümumavropa nüvə silahı daşınması doktrinasının rəsmiləşdirilməsi təklif olunur. Eyni zamanda, Avropa İttifaqı tam muxtar nüvə qüvvələri komandanlığının yaradılması seçimini özündə saxlayacaq”.
Zərintac Mayisqızı

















