Xarici xəbərlər

Ukraynada yanacaq bazarı alovlanır – Qiymətlərdə kəskin artım qeydə alınıb

7 Aprel 2026, 16:222
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

​7 aprel 2026-cı il, çərşənbə axşamı günü Ukraynanın yanacaqdoldurma məntəqələrində qiymətlərin növbəti sıçrayışı müşahidə olunub. 

Zefer.media Ukrayna informasiya agentliklərinə istinadən xəbər verir ki, cəmi bir gün ərzində A-95 markalı benzinin orta qiyməti 13 qəpik artaraq litr üçün 73,07 qrivnaya (təxminən 1,95 dollar) çatıb. Ən böyük artım isə dizel yanacağında qeydə alınıb; litri 42 qəpik bahalaşan dizel artıq 90,12 qrivnadan (təxminən 2,40 dollar) təklif olunur.

​Digər yanacaq növləri üzrə rəsmi pərakəndə satış qiymətləri aşağıdakı kimidir:

​A-95 (Premium): 76,94 UAH/l (15 qəpik artım)

​A-92: 67,30 UAH/l (6 qəpik artım)

​Avtoqaz: 48,98 UAH/l (14 qəpik artım)

​Ekspertlər, Ukrayna bazarındakı bu bahalaşmanı qlobal enerji bazarlarındakı qeyri-müəyyənliklə əlaqələndirirlər. Xüsusilə Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və İsrail-ABŞ müharibəsi fonunda yaranan risklər dünya bazarında neftin qiymət dəyişkənliyini artıraraq daxili bazarlara birbaşa təsir göstərir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600