Dünya

Ermənistan Avropa Birliyinə qoşularsa, Rusiya ilə hava əlaqəsi olmayacaq – Overçuk

5 Aprel 2026, 20:342
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa Birliyinə qoşulacağı təqdirdə Rusiya ilə hava əlaqəsi qurmayacağı barədə xəbərdarlıq edib.

Zefer.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Birinci Kanalda vurğulayıb: “Hazırda Avropa Birliyi ölkələri ilə hava əlaqəsi yoxdur, bu da o deməkdir ki, bizim Ermənistanla hava əlaqəmiz olmayacaq”.

Overçuk qeyd edib ki, Ermənistan vətəndaşları rəsmi Yerevanın Aİ-yə yaxınlaşmaq qərarının mümkün nəticələrindən xəbərdar olmalıdırlar.

“Bəlkə də bu, çox sərt səslənir, amma biz istəyirik ki, Ermənistandakı insanlar başa düşsünlər ki, əgər bu baş verərsə, bu, baş verəcək, çünki Avropa Birliyinə yaxınlaşmaq üçün qərarlar qəbul edilib”, – deyə Rusiya Baş nazirinin müavini bildirib.

Overçukun sözlərinə görə, Aİ üzvlüyünün Ermənistan üçün sonda nə ilə nəticələnəcəyi hələ də məlum deyil.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600