Dünya

Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə gedib

4 Aprel 2026, 16:257
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün cümə günü İstanbula gedib.

Zefer.media xəbər verir ki, Zelenski bunu öz “Telegram” kanalında yazıb.

“Mən İstanbula çatdım və orada vacib görüşlər planlaşdırılır”, – deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, Türkiyə Prezidenti ilə əsaslı danışıqlara hazırlıq gedir. O qeyd edib ki, Avropa və Yaxın Şərqdə insanların qorunması, eləcə də sabitlik və təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üçün ikitərəfli tərəfdaşlığın gücləndirilməsi istiqamətində işlər görülür. Ukrayna prezidenti həmçinin birgə səylərin həmişə ən yaxşı nəticələr verdiyini vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600